Skip links
Inflero Shop nədir və mağazalar necə istifadə edə bilər?

Ətraflı məlumatı oxumazdan əvvəl platformaya baxış keçirə bilərsiniz Inflero Shop.

Inflero Shop rəqəmsal ticarət platformasıdır. Müştərilər buraya daxil ola və istədikləri məhsulları bəyənərək sifariş verə bilərlər. Mağazalar isə platformaya qeydiyyat edərək öz məhsullarını burada sərgiləyə bilərlər. Proses çox sadədir qeydiyyatınızı tamamlayırsınız məhsullarınızı yerləşdirirsiniz və əgər məhsullarınız satılarsa ödənişinizi əldə edirsiniz. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa səhifənin aşağısına doğru davam edin. 

Önəmli məlumatlar

INFLERO 3 əsas xidmət növündən ibarət süni intellekt üzərində işləyən proqram təminatıdır və platformamız:

1. INFLERO Business – Bizneslər üçün proqram təminatı
2. INFLERO Creator – İnflunserlər (bloggerlər) üçün mobil tətbiq
3. INFLERO Shop – Rəqəmsal ticarət platforması

olaraq fərqli qollarda xidmət verməkdədir. Sizin məlumat aldığınız xidmət növümüz isə INFLERO Shop adlanır və rəqəmsal ticarət platformasıdır. Bu platforma daxilində mağazalar qeydiyyatdan keçərək məhsullarını yerləşdirə bilər və satışa çıxara bilər. Əsas üstünlük isə ondan ibarətdir ki, qeydiyyatımızda olan 500-dən çox influnser (blogger) sizin məhsullarızı linklər (keçidlər) vasitəsilə öz hesablarında paylaşaraq sizin satışınızı artıra bilərlər. Satış qarşılığında həmin influnserlər komissiya gəliri əldə edərkən, mağaza sahibləri isə komissiya sonrası qazanlarını əldə edirlər.

INFLERO Shop rəqəmsal ticarət platforması sadəcə mağazalar və alıcılar üçün nəzərdə tutulmayıb. “Affiliate” Marketinq olaraq adlandırılan satış sistemi platforma daxilində aktivdir. Bu o deməkdir ki, alıcılar (hal hazırda yalnız influnserlər) qeydiyyatlarını tamamladıqdan sonra istənilən məhsulun linkini (keçidini) öz sosial medialarında və ya fərqli üsullarla paylaşaraq satışla məşğul ola bilərlər. Nəticə etibarilə əlavə gəlir əldə etmək istəyən şəxslər məhsullarınızı sataraq təyin edilən komissiya üzərindən qazana bilirlər. Məhsullarınız nə qədər ehtiyac duyulan və maraqlıdırsa insanların sizi seçməsi və satması ehtimalı bir o qədər də artır. 

Komissiyalar kateqoriyalardan asılı olaraq 3,66% və 15,60% arasında dəyişir. Kateqoriyalar üzrə komissiyaların 77%-i 10% komissiyanın altındadır. Rəqəmsal ticarət platforması olaraq komissiyaları aşağı təyin etməyimizin əsas məqsədi sizin məhsullarınızın satışı ilə məşğul olacaq insanlar üçün sizin əlavə komissiyalar təyin etməyinizə şərait yaratmaqdır. Bu komissiya hal hazırda sərbəst şəkildə mağaza sahibi tərəfindən təyin edilir. 

Məsələn: 100₼ dəyərində məhsulunuz var. INFLERO Shop komissiyası 10%-dir. Məhsulun satışı üçün isə siz əlavə 7% “Affiliate” komissiyası təyin etmisiniz. Satış olacağı təqdirdə 100*0,1=10₼ INFLERO Shop-a və 100*0,07=7₼ isə satan “Affiliate”ə qazanc olaraq görünür və 100-(10+7)=83₼ isə sizin xalis gəlirinizə çevrilir. 

Yalnız nağdlaşdırma əsnasında Payriff ödəniş platforması üzrə 1,5% komissiya ödənir, bu komissiyanın 0,75%-i INFLERO Shop, qalan 0,75%-i isə mağaza tərəfindən ödənir.

Şərtlər və qaydalar ətraflı olaraq müqavilə daxilində təqdim edilir.

Bilməniz vacib olan əsas şərtlər:

  1. VÖEN zəruridir və vergi ödəyicisi olmayan sahibkarlar ilə əməkdaşlıq edə bilmirik.
  2. Kompüter istifadə edə bilməyiniz və ya işçiləriniz arasında istifadə edə bilən birinin olması zəruridir, çünki mağaza panelinin istifadə edə bilməyiniz üçün kompüter lazımdır.
  3. Platformaya qeydiyyatınız tamamlandıq sonra maksimum 10 iş günü ərzində məhsullarınızı yükləməyiniz tələb olunur, əks halda qeydiyyatınız ləğv edilir.
  4. Qida, tütün, alkoqol, ev heyvanı və digər canlıların satışı qadağandır. 
  5. Xidmət satışı hal hazırda aktiv deyil.
  6. Çatdırılma sahibkar tərəfindən təyin edilir və idarəetmə paneli daxilində bunun üçün əlavə qiymət təyin edə bilir.
  7. Orijinal olmayan (saxta) və ya digər markaların unikallığını korlayan (duplikat) məhsulların satışı qadağandır.
  8. Dərmanlar, preparatlar və həkim icazəsinə ehtiyac duyulan məhsulların satışı qadağandır.
  9. Ev, torpaq və digər əmlak növlərinin satışı qadağandır.
  10. Satıcı məhsuluna zəmanət vermək məcburiyyətindədir və geri qaytarma tələbi zamanı problemli şöbə ilə əlaqə yaratmalıdır.
  11. Yerli sahibkarlara dəstək vermək üçün yaradılmağımızdan əlavə olaraq xalq, alıcı və satın alan hər kəs (müştəri) önəmlidir və bu səbəblə: saxtakarlıq, aldatma, beh və digər problemli hallar ağız maddi cəzalar ilə kompensasiya edilir.
Qeydiyyat 2 mərhələdən ibarətdir.
  1. Ön qeydiyyat forması ilkin olaraq mağazanızın və məhsullarınızın satışa uyğun olub olmadığını təyin etmək üçün nəzərdə tutulmuş qısa məzmunlu sual-cavabdır. Daxil etdiyiniz məlumatlara əsasən adminlər tərəfindən təsdiq və ya rədd cavabını e-poçt vasitəsilə alacaqsınız.

  2. Ön qeydiyyat formasına adminlər tərəfindən təsdiq verildiyi halda e-poçt vasitəsilə “Tam qeydiyyat forması” və digər məlumatları əldə edirsiniz. Bu o deməkdir ki, artıq sizin məhsullarınız və mağazanızın bizim platformaya uyğun görülüb. Bu qeydiyyat formasındakı addımları tamamladıqdan sonra artıq qeydiyyat prosesi tamamlanır.
  1. Qida (quru qida xaric), tütün, alkoqol satışı qadağandır.
  2. Ev heyvanı və digər canlıların satışı qadağandır. 
  3. Xidmət satışı hal hazırda aktiv deyil.
  4. Orijinal olmayan (saxta) və ya digər markaların unikallığını korlayan (duplikat) məhsulların satışı qadağandır.
  5. Dərmanlar, preparatlar və həkim icazəsinə ehtiyac duyulan məhsulların satışı qadağandır.
  6. Ev, torpaq və digər əmlak növlərinin satışı qadağandır.

Qeydiyyatınız tamamlandıqda əməkdaşlarımız sizin ilə əlaqə saxlayaraq suallarınız olacağı təqdirdə əlaqə yarada biləcəyiniz xüsusi canlı yardım mobil nömrəsi təqdim edəcəklər. 

Yeniliklərdən xəbərdar olmaq üçün WhatsApp kanalımıza abunə ola bilərsiniz.

WhatsApp Kanalı

Eyni zamanda platformanı istifadə edə bilməyiniz üçün davamlı olaraq təlim videoları çəkərək paylaşırıq.

Təlimlər

Gəlirlərinizə dair bütün məlumatları və statistikaları mağaza paneliniz daxilində görüntüləyə bilirsiniz. Satışlar, gəlir, xalis gəlir, məhsullarınıza baxış sayı və sairə kimi onlarla fərqli analitika aktivdir. 

Nağdlaşdırma əməliyyatı hər 21 iş günündən bir gerçəkləşir və mühasibat şöbəsi tərəfindən VÖEN-inizə köçürülmə edilir. Yüksək qazancı olan mağazalar üçün xüsusi erkən nağdlaşdırma funskiyası mövcuddur. Bu sayədə 21 iş günü gözləməyinizə ehtiyac qalmadan nağdlaşdırma başvurusu edə bilirsiniz. 

Minimum nağdlaşdırma məbləği 300₼-dir.

Nağdlaşdırma əməliyatının tamamlanması üçün Payriff ödəniş portalında hesabınızın olması zəruridir. Payriff-ə qeydiyyat ödənişsiz və sürətlidir. Bu platforma ödənişlərinizin təhlükəsiz və az komissiya məbləği ilə sürətli köçürülməsini təmin edir. 

Proses necə yaşanır?

Ön qeydiyyat formasının doldurulması

Bu ön qeydiyyat forması ilkin olaraq mağazanızın və məhsullarınızın satışa uyğun olub olmadığını təyin etmək üçün nəzərdə tutulmuş qısa məzmunlu sual-cavabdır. Daxil etdiyiniz məlumatlara əsasən adminlər tərəfindən təsdiq və ya rədd cavabını e-poçt vasitəsilə alacaqsınız.

01
Tam qeydiyyat formasının doldurulması

Ön qeydiyyat formasına adminlər tərəfindən təsdiq verildiyi halda e-poçt vasitəsilə “Tam qeydiyyat forması” və digər məlumatları əldə edirsiniz. Bu o deməkdir ki, artıq sizin məhsullarınız və mağazanızın bizim platformaya uyğun görülüb. Bu qeydiyyat formasındakı addımları tamamladıqdan sonra artıq qeydiyyat prosesi tamamlanır.

02
Müqavilə və digər sənədləşmələr

Tam qeydiyyatınız tamamlandıqdan sonra sizə panelinizə daxil olmaq üçün istifadəçi adı və parol təqdim edilir. Buraya daxil olaraq artıq rəqəmsal mağazanızı quraşdıra bilərsiniz. Siz bunlarla maraqlanarkən əməkdaşlarımız tənış olduğunuz əməkdaşlıq müqaviləsini fiziki olaraq çatdıracaq və imzalayacaqdır. 

03